Elxan Əliyev
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elxan Əliyev saxlanılıb
Bakı/26.07.23/Turan: Bu gün Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Azərbaycan Xalq Cəbhəsi Partiyasının təşkilat şöbəsinin müdir müavini Elxan Əliyevi saxlayıblar. Bu barədə partiyadan bildiriblər.
Qeyd ediblər ki, O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsilə şübhəli şəxs qismində saxlanılıb.
Partiyada hesab edirlər ki, Əliyev siyasi fəaliyyətlə bağlı təqib olunur.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti Əliyevin saxlandığını təsdiqləyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, Elxan Əliyev (1982-ci ildə anadan olub) , Yusif Əliyev (1982-ci il ) və Vəfadar Axundov (1970-ci il) vətəndaşın etibarından sui istifadə edərək Nardaran qəsəbəsində saxta sənədlərlə 0,14 ha torpaq sahəsini 57000 manata satıblar.
Daxil olan müraciət əsasında polis əməkdaşları bu üç nəfəri saxlayıblar.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələrilə cinayət işi başlanılıb.
Onlar saxlanılıb və şübhəli qismində istintaqa təhvil verilib.
Daxili İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Elxan Əliyev sosial şəbəkələrdə paylaşdığı görüntülər öz qanunsuz əməllərini sığortalamaq məqsədindən irəli gəlir, həqiqəti əks etdirmir.
Qeyd edək ki, Elxan Əliyev saxlanmadan öncə Facebook-da video yayıb ki, bir neçə gündür ki, tanımadığı bir adam ona bağ evi almaqda kömək etməyi xahiş edir.
Əliyev keçmişdə rieltor fəaliyyətilə məşğul olsa da, son vaxtlar bu sahədə işini dayandırıb.
Buna baxmayaraq, Əliyev ona müraciət edən şəxsə bir neçə ev göstərib.
"O, məndən əl çəkmir. On gündür ki, ona bir ev və ya bağ tapmağımı xahiş edir. Bu gün də ona ev göstərdim, amma bu variantı da bəyənmədi. Bütün bunlar məndə şübhə doğurur. İndi onunla görüşə gedirəm, bilmirəm,bu, hakimiyyətin təxribatıdır, yaxud başqa bir şeydir", - Əliyev deyib.
Xalq Cəbhəsi Partiyası Ali Məclisinin Rəyasət Heyətinin üzvü Asif Yusifli hesab edir ki, bu, hakimiyyətin quraşdırdığı saxta ittihamdır.
“Elxan Əliyevin həbsi onun siyasi fəaliyyəti, sosial şəbəkələrdə hakimiyyətin siyasətini tənqid etməsi və Xalq Cəbhəsi Partiyasının təşkilatlanma işində, o cümlədən son zamanlar partiyanın Ədliyyə Nazirliyində qeyidiyyata alınması üçün apardığı aktiv fəaliyyətilə bağlıdır”,- o qeyd edib.
Elxan Əliyev bundan öncə də bir neçə dəfə inzibati həbsə məruz qalıb. 03В21/06
-
- Siyasət
- 26 İyul 2023 18:15
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz