Qubad İbadoğlu
Müdafiə tərəfi Gubad İbadoğlunun ailə üzvlərilə görüşünə məhdudiyyətdən şikayət edəcək
Bakı/09.08.23/Turan: Kürdəxanı İstintaq Təcridxanasında saxlanılan müxalifətyönlü siyasətçi Qubad İbadoğlunun səhhətində yaxşılaşma yoxdur, - vəkil Fəxrəddin Mehdiyev bu gün müvəkkili görüşdən sonra Turan-a bildirib.
İbadoğlunun qan təzyiqi əvvəlkitək "sabit deyil", və qanda şəkəri yüksəkdir.
Eyni zamanda, vəkilin sözlərinə görə, istintaq təcridxanasında siyasətçiyə qan təzyiqini müntəzəm ölçməsi üçün cihaz verilib.
Kamerada havalandırmanın olmaması İbadoğlunun səhhətinə mənfi təsir göstərir.
Vəkil həmçinin qeyd edib ki, İbadoğluna hələ də ailə üzvlərilə görüş verilmir və bu məhdudiyyət istintaq tərəfindən tətbiq edilib.
Müdafiə tərəfi bu qərardan şikayət edəcək.
İbadoğlunun ailəsilə telefonla əlaqə yaratmaq imkanı olsa da, xaricdə təhsil alan uşaqları ilə telefonla danışmasına şərait yaradılmayıb.
Vəkilin sözlərinə görə, Ombudsman Aparatının iki əməkdaşı İbadoğluya baş çəkib.
Ancaq hələlik Beynəlxalq Qırmızı Xaç Komitəsindən baş çəkməyiblər.
Vəkil istintaqın gedişilə bağlı məlumatın olub-olmaması barədə suala mənfi cavab verib.
* Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının rəhbəri Qubad İbadoğlu iyulun 23-də günorta saxlanılıb. Bazar ertəsi ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 204 .3.1-ci maddəsilə (mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) ittiham irəli sürülüb. Məhkəmə onu 4 ay müddətinə həbs edib. Hüquq-müdafiə təşkilatları İbadoğluya qarşı təqibləri pisləyiblər və onun azad olunmasını tələb ediblər.
**İyunda İbadoğlu Milli Şuranın rəhbəri, professor Cəmil Həsənli və Avropada siyasi mühacirətdə olan diplomat Arif Məmmədovla birlikdə Azərbaycan gənclərinin təhsil fondunun yaradıldığını bildirib. Fond Londonda qeydiyyatdan keçib.
Qubad İbadoğlu xaricdəki azərbaycanlı məmurların əmlakının müsadirə edilməsi və həmin vəsaitlərin bu fonda köçürülməsi təşəbbüsü ilə çıxış edib. 03В06
-
- Cəmiyyət
- 9 Avqust 2023 17:50
-
- Çətin sual
- 9 Avqust 2023 21:19
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz