Dövlət Departamenti: Vaşinqton humanitar yardımla bağlı tərəflərlə “daim iş aparır”
Vaşinqton/06.09.23/Turan: Son bir neçə həftə ərzində Vaşinqton Azərbaycan və Ermənistanla "daim" iş aparıb ki, humanitar yardım Dağlıq Qarabağ əhalisinə çatsın. Bu barədə çərşənbə axşamı Dövlət Departamentinin nümayəndəsi Vedant Patel bildirib.
O, Vaşinqtonun Bakı və Yerevan arasında danışıqlarının məzmunu ilə bağlı Turan müxbirinin sualına cavab verməkdən çəkinib. "Bu, bizim fəal şəkildə məşğul olmağı davam etdirəcəyimiz bir şeydir... Laçın dəhlizinin humanitar, ticarət və sərnişin daşımaları üçün dərhal yenidən açılması ilə bağlı çağırışımızı təkrar edirik", - o deyib.
"Biz ərzaq, dərman və digər zəruri malların əngəlləməsinin davam etməsi nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən çox narahatıq", - Patel sözlərinə davam edib.
Patelin şərhləri Konqresin insan hüquqları üzrə ikipartiyalı komissiyasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı ictimai dinləmələr keçirməyə hazırlaşdığı vaxtda səslənib.
Tom Lantos İnsan Hüquqları Komissiyasının keçirəcəyi dinləmələrdə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo və Kolumbiya Universitetindən David Fillips iştirak edəcəklər. -0-
Siyasət
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
Rəy yaz