
Mərkəzi Klinika Xəstəxanası
Bakı/23.08.21/Turan: Avqustun 19-dan 1 saylı Kliniki Tibbi Mərkəzin ginekologiya, kardiologiya, nevrologiya, terapiya və ümumi reanimasiya və intensiv terapiya şöbələri koronavirus ilə mübarizə tədbirlərilə əlaqədar fəaliyyətini dayandırıb. Bu barədə Turan-a Səhiyyə Nazirliyindən klinikanın bağlanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları şərh edərkən bildiriblər.
Bu şöbələrdə koronavirus xəstələri müalicə olunur. Hazırda klinikada hemodializ, toksikologiya, travmatologiya və təxirəsalınmaz əməliyyatlar üzrə xidmətlər göstərilir. -02D-
Rəy yaz