ABŞ Bakıda kommersiya tipli dəmir yollarında müdaxilələrə dair təlim keçirir
Bakı/02.11.17/Turan: 30 oktyabr-3 noyabr tarixlərində ABŞ səfirliyinin İxracata Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) İdarəsi kommersiya tipli dəmir yollarında müdaxilələrə dair təlim keçirir.
ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, Birləşmiş Ştatlardan olan mütəxəssislər beynəlxalq sərhədlərdən keçən sərnişin və yük qatarlarını yoxlayan Azərbaycanın və Gürcüstanın sərhəd mühafizəçiləri ilə müdaxiləsiz (qeyri- intruziv) yoxlama avadanlığının istifadəsi də daxil olmaqla, yoxlama üsullarını və ən yaxşı təlim-təcrübələri bölüşəcəklər.
12 nəfər Azərbaycan və eyni sayda Gürcüstan gömrük işçiləri qaçaqmalçılıqla bağlı problemləri həll etmək üçün qarışıq heyətlərdən ibarət kursda iştirak edəcəklər. Praktik məşğələlər yük və sərnişin vaqonlarında qaçaqmalın axtarışlarını əhatə edəcək.
"Bu təlimin məqsədi qeyri-qanuni yüklərin aşkarlanması və qeyri-qanuni daşınmaların qarşısının alınması sahəsində Azərbaycan və Gürcüstanın təcrübələrinin artırılmasıdır. Azərbaycan və Gürcüstanın Avropa, Asiya və Orta Şərqin kəsişməsində yerləşən coğrafi mövqeyi, Rusiya, Ermənistan və İranla həmsərhəd olması, kütləvi qırğın silahlarının yayılmanın qarşısının alınması və sərhədlərin qorunması üzrə ABŞ-Azərbaycan-Gürcüstan strateji əməkdaşlığının möhkəmləndirilməsini vacib edir", - xəbərdə qeyd olunur.
Səfirlik bildirir ki, EXBS proqramının Azərbaycan və Gürcüstanla təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq tarixi var.
"Biz kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında ümumi məqsədləri bölüşürük. Birləşmiş Ştatlar, Azərbaycan və Gürcüstanla sərhəd təhlükəsizliyi məsələlərində yaxından əməkdaşlıq edir və bu cür əməkdaşlıq ölkələrimiz arasındakı əla tərəfdaşlığı gücləndirməyi davam edir. Bu təlim ölkələrimizin kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasına, həmçinin Azərbaycan və Gürcüstanın qeyri-qanuni yüklərin aşkarlama və onların daşınmasına qadağa qoyulması sahəsində sübut olunmuş icra bacarıqlarının artırılmasına dair götürdüyü uzunmüddətli öhdəliyi numayiş etdirir", - səfirlik qeyd edir.
EXBS 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərir və 26.3 milyon ABŞ dolları məbləğində təlim, avadanlıq və dəstəyini təmin edib.-03D-
-
- Cəmiyyət
- 2 Noyabr 2017 17:44
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz