© РИА Новости
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Dağlıq Qarabağ nizamlanmasını müzakirə edəcəklər
Moskva/03.11.17/Turan: RF prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü hazırlanır. Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov RİA Novosti agentliyinə bildirib.
Bundan öncə Türkiyənin Sabah qəzeti yazıb ki, R.T.Ərdoğan Azərbaycana səfərindən sonra təyyarədə türkiyəlıi jurnalistlərə bildirib ki,, "gələn həftə və ya ondan sonrakı həftə" Putinlə görüşü olacaq. Onun sözlərinə görə, RF prezidenti ilə Dağlıq Qarabağ nizamlanmasını müzakirə etmək niyyətindədir.
Son vaxtlar Putinlə Ərdoğanın dialoqu müntəzəm xarakter daşıyır. Sentyabrın 28-də Putinin Ankaraya işgüzar səfəri zamanı onlar Ankarada bir saat yarım danışıqlar aparıblar. Oktyabrın 21-də isə telefon söhbəti zamanı Suriya problemini müzakirə ediblər.-02D-
-
- Cəmiyyət
- 2 Noyabr 2017 18:05
-
- İqtisadiyyat
- 3 Noyabr 2017 10:42
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz