Almaniyada azərbaycanlı siyasi mühacirlər saxlanılıb
Bakı/14.11.19/Turan: Almaniya polisinin qeyri-leqal miqrasiyaya qarşı mübarizə çərçivəsində apardığı reydlər zamanı bir qrup azərbaycanlı siyasi mühacir saxlanılıb. Onlar gəlir əldə etmək üçün Azərbaycandan miqrantların Almaniyaya qanunsuz gətirilməsində şübhəli bilinirlər. Bu barədə “Spiegel.de” yazır.
Saxlanılanların arasında “Leqat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev, Müsavatın Avropadakı Koordinasiya Mərkəzinin rəhbəri İlham Həsən, onun müavini Mehdi Xəlilbəyli, həmçinin fəallar Abdin Cavadov, Rəşad Məmmədov, Elşən Abdullayev və 9 və 14 saylı koloniyanın keçmiş rəhbəri Elçin Əkpərov da var.
Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı atasının noyabrın 13-də Berlinə gedərkən saxlanıldığını Turan-a təsdiqləyib.
T.Rüstəmxanlı atasının saxlanmasının səbəbini bilmir. Saxlanılan şəxsin qardaşı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının sözlərinə görə, Əlövsət AFR-ə gedən azərbaycanlılara yardım göstərib.
“Hazırda adamlar kütləvi şəkildə Azərbaycandan Almaniyaya gedir və Əlövsət ona müraciət edənlərə hər cür kömək edirdi. Hakimiyyətin əvvəllər də Əlövsətlə bağlı problemləri vardı, əminəm ki, indi də eyni şey olacaq”, - o deyib.
Öz növbəsində Müsavat Partiyasından Turan agentliyinə bildiriblər ki, vəziyyəti aydınlaşdırandan sonra məsələyə münasibət bildirəcəklər.–21/05-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz