Apellyasiya Məhkəməsi AXCP fəalını həbsdə saxlayıb
Bakı/08.11.19/Turan: Bu gün Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, 30 sutka həbs edilmiş Emin Manıyevin şikayətinə baxıb.
O 10 gün öncə digər fəalların işləri üzrə prosesə gəldiyində həmin məhkəmə binasının qarşısında saxlanılıb.
Həmin gün Yasamal Rayon Məhkəməsi onu inzibati qaydada 30 sutka həbs edib. Polisin bildirdiyinə görə, E.Maniyev Apellyasiya Məhkəməsinin qarşısında “söyüş söyüb, polislər onu nizam-intizama dəvət edəndə isə onlara tabe olmayıb”.
Lakin vəkil Zibeydə Sadıqova qeyd edib ki, E.Maniyevi çox sayda şahidin gözlərinin önündə tutublar.
O, şahidlərin dindirilməsi və E.Maniyevin saxlanması ilə bağlı İnternetdə yayılan videokadrlara baxılması barədə vəsatət qaldırıb.
“Bütün bunlar sübut edir ki, Maniyev məhkəmənin binasından çıxarkən dərhal saxlanılıb və o, söyüş söyməyib, heç kimə müqavimət göstərməyib”, - vəkil bildirib.
E.Maniyev deyib ki, hələ səhərdən mülki geyimli şəxslərin onu izlədiyini hiss edib.
Vəsatətlər və şikayət təmin edilməyib.–06D—
-
- Cəmiyyət
- 8 Noyabr 2019 15:46
-
- İqtisadiyyat
- 8 Noyabr 2019 16:11
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz