KT Oqtay Gülalıyevin beyninin zədələndiyini aşkar edib (yenilənib)
Bakı/08.11.19/Turan: Kompüter tomoqrafiyasının nəticələrinə görə, hüquq müdafiəçisi Oqtay Gülalıyevin başında gözlənildiyindən çox maye aşkar edilib. Bundan əlavə, beynin özündə zədələnmə aşkar edilib ki, bu da vəziyyəti çətinləşdirir.
Həkimlər mayeni çəkmək üçün iynə vurulmasını qərara alıblar. 06D--
* * *
2019 Noyabr 08 (Cümə) 15:46:45
Oqtay Gülalıyevə yenidən kompüter tomoqrafiyası edilib
Bakı/08.11.19 /Turan: Hüquq müdafiəçisi Oqtay Gülalıyevi süni nəfəs aparatından ayırıb, o özü nəfəs almağa başlayıb, ancaq bu, onun vəziyyətinin yaxşılaşması demək deyil. Bu barədə Turan-a onun xanımı Firəngiz Gülalıyeva bildirib. Onun sözlərinə görə, Türkiyədə müalicə olunan fəalın vəziyyəti kritik olaraq qalır. “Oqtayın beyni maye ilə doludur. Bu, çəkilməlidir ki, beyin öz işini bərpa etsin, Oqtayın vəziyyəti yaxşılaşsın. Dünən yenə KT (kompüter tomoqrafiyası) elədilər. Bu gün nəticələr məlum olmalıdır. Həkimlər bunun əsasında konsilium keçiriəcəklər və beyinə iynə təyin edəcəklər”, - F.Gülalıyeva deyib.
Oktyabrın 29-da Bakının mərkəzində tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevi maşın vurub. O, kəllə-beyin travması alıb, beyninə qan sızıb.
Bir neçə saatdan sonra fəal komaya düşüb. Oktyabrın 30-da Bakıda neyrocərrahiyyə əməliyyatı edilib.
O.Gülalıyevi müayinə etmək üçün noyabrın 5-də Heydər Əliyev Fondunun dəvətilə gələn türkiyəli mütəxəssislər onun müalicə üçün Türkiyəyə aparılmasını tövsiyə ediblər.
Noyabrın 6-da o, AZAL şirkətinin xüsusi reysilə İstanbula aparılıb və “Avrasiya” klinikasına yerləşdirilib.
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişilə O.Gülalıyevin müalicəsi ilə bağlı bütün xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb. -03B06-
-
- Cəmiyyət
- 8 Noyabr 2019 16:01
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz