Apellyasiya Məhkəməsi Fuad Qəhrəmanlını həbsdə saxlayıb
Bakı/07.11.19/Turan: Bu gün Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs olunmuş Fuad Qəhrəmanlının inzibati həbsi ilə əlaqədar şikayəti təmin etməyib.
Proses zamanı o bildirib ki, Nəsimi Rayon Məhkəməsi obyektiv araşdırma aparmayıb.
Əsasən məhkəmə saxlanma yerində videomüşahidə kameralarından qeydlərə baxılması, onun həqiqətən mobil telefonla danışıb –danışmamasının yoxlanılması üçün mobil rabirə operatoruna sorğu göndərilməsi barədə vəsatətləri təmin etməyib.
“Bütün bunlar ölkədə siyasi repressiyaların, AXCP fəallarının təqib edilməsinin göstəricisidir. Həmçinin bunda məqsəd mitinqdə iştirak etməmək üçün adamları qorxutmaqdır. Amma onlar (hakimiyyət) yanılır. Həbslərlə artan narazılığın qarşısını almaq mümkün olmayacaq”, - F.Qəhrəmanlı bildirib.
O bildirib ki, həbsilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcək.
F.Qəhrəmanlı oktyabrın 31-də saxlanılıb və həmin gün İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisə tabe olmamaq) ilə 30 sutka həbs edilib.
Polisin bildirməsinə görə, o, küçədə telefonla danışarkən yüksək səslə söyüş söyub, polislər onu nizam-intizama çağıranda onların iradlarına məhəl qoymayıb.-16d-
-
- Cəmiyyət
- 7 Noyabr 2019 14:03
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz