DİN Məhbub Zülfüqarlının dediklərini təkzib edir
Bakı/07.11.19/Turan: İmişli rayonunda yaşayan jurnalist və fəal Məhbub Zülfüqarlının noyabrın 6-da İmişli şəhərində onun maşınla vurulmasına cəhd olunduğu barədə iddiaları ilə bağlı Azərbaycan DİN-in mətbuat xidmətindən Turan agentliyinə təkzib daxil olub.
Təkzib yazısında qeyd olunur ki, Zülfüqarlının mətbuata verdiyi bəyanatlarla əlaqədar küçə boyunca yerləşən nəzarət kameralarına baxış keçirilib, ətrafdakı iaşə obyektlərində işləyənlərlə, həmçinin İmişli Rayon Poçt şöbəsinin qarşısında dayanan mühafizə bölməsi əməkdaşları ilə sorğular aparılıb, həmin vaxt göstərilən ünvanda hər hansı bir insidentin olmadığı müəyyən edilib.
Bundan başqa, göstərilən ünvan küçənin başlanğıcı olduğundan həmin ərazidə avtomobili yüksək sürətlə idarə etmək mümkün deyil. “Həmin şəxsin iddiaları öz fantaziyasının məhsulu olmaqla, böhtan xarakterlidir”, deyə DİN-in mətbuat xidmətinin məlumatında bildirilir.
DİN-in məlumatına görə, Zülfüqarlı “tez-tez qəzet və saytlarda həqiqətə uyğun olmayan məqalələr dərc etdirərək bununla özünü gündəmdə saxlamağa çalışır”
Həmçinin, xatırladılır ki, Zülfüqarlı 2017-ci ilin iyulunda böhtan ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib. -06D-
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz