Açiq mənbələrdən foto.
Aprel ayında 600 min vətəndaş birdəfəlik ödəmə alıb, 529,2 min nəfərə ödəmə verilməsindən imtina edilib
Bakı/14.05.20/Turan: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Turan agentliyinin sorğusuna cavab olaraq bildirib ki, aprel ayı üzrə işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxsə birdəfəlik ödəniş həyata keçirilib.
Fəaliyyət planı işsiz kimi elektron formada qeydiyyatdan keçənlərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin ödənilməsini nəzərdə tutur.
320 min şəxsin adına aktiv əmək müqaviləsi bildirişi olduğu, 170 min şəxsin adına aktiv VÖEN olduğu, 20 min şəxsin adına iki və daha çox daşınmaz əmlakı, 19 min 200 şəxsin adında 2 və daha çox avtomobil olduğu və s. müəyyən edilərək onlara birdəfəlik ödəmə verilməsindən imtina edilib.
Habelə müvafiq qurumların informasiya bazalarına istinad edilməklə 41 min müraciətin hazırda xarici ölkələrdə yaşayan şəxslər tərəfindən edildiyi, 65 min şəxsin həyat yoldaşının birdəfəlik ödəmə üçün artıq müraciət edərək bu ödəmə ilə təmin edildiyi, eyni zamanda, müraciətlər zamanı vətəndaşlar tərəfindən çox sayda səhv məlumatların daxil edildiyi müəyyən olunub və həmin şəxslərə birdəfəlik ödəmənin verilməsindən imtina edilib.—0—
-
- Siyasət
- 14 May 2020 19:45
Cəmiyyət
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
Rəy yaz