
Bakı /11.05.18/Turan: İranla sərhəddə yerləşən Astara, Biləsuvar və Culfa gömrük məntəqələri dünəndən gecə-gündüz rejimində çalışır.
Azərbaycan Gömrük Komitəsinin məlumatında deyilir ki, bu qərar iki ölkənin Sərhəd Xidməti və gömrük orqanları nümayəndələrinin görüşünün yekunlarına əsasən qəbul edilib.
"Bu, iki ölkə arasında əmtəə dövriyyəsinin artırılmasına, Şimal-Cənub nəqliyyat dəhlizinin gecə-gündüz işinin təmin olunmasına yardım edəcək", - məlumatda qeyd olunur.
Qeyd edək ki, bu qərar ABŞ-ın İrana qarşı sanksiyalarının tətbiqi fonunda qəbul edilib.-02D-
Rəy yaz