![Azərbaycan vətəndaşlığı alanlar sədaqət andı içəcəklər](https://turan.az/resized/media/2014/main/123000101592-750-500-resize.webp)
Azərbaycan vətəndaşlığı alanlar sədaqət andı içəcəklər
Çərşənbə axşamı Milli Məclis “Azərbaycan vətəndaşlığı haqqında” qanuna dəyişikliklər qəbul edib. Bundan sonra Azərbaycan vətəndaşlığı almış və ya vətəndaşlığını bərpa etmiş 14 yaşını keçmiş bütün şəxslər dövlət dilində ölkəyə sədaqət andı içməli olacaqlar.
Xüsusən, andda deyilir: “Mən (soyadı, adı, atasının adı), Azərbaycan Respublikasının vətəndaşı olaraq başqa bir dövlətin vətəndaşı kimi heç bir öhdəlik daşımıram.
AR Konstitusiyasına və qanunlarına sədaqət andı içirəm, Azərbaycan dövlətinə sədaqətlə qulluq etmək, Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, respublikanın ənənələrinə və mədəniyyətinə hörmət etmək öhdəliyi götürürəm”,
Andiçmə mərasimi Dövlət Bayrağı qarşısında təntənəli şəraitdə keçiriləcək.
And içən vətəndaş əlini Azərbaycan Konstitusiyasına qoymalıdır.
And içən şəxs müvafiq sənədi imzalayacaq və sənəd icra hakimiyyəti orqanında saxlanılacaq. -06D-
-
- Cəmiyyət
- 30 Dekabr 2014 16:32
-
- Bazarların icmalı
- 30 Dekabr 2014 18:15
Cəmiyyət
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
-
Polis Bakıdakı 210 saylı məktəbdə uşaqları onlayn oyunlarda iştiraka çağıran yazıların yayılması ilə bağlı araşdırma aparıb.
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
Rəy yaz