Azercell ADA Universitetində keçirilən 4-cü Karyera Sərgisində iştirak edib
Hər il ölkəmizdə keçirilən əmək yarmarkalarında və sərgilərdə fəal iştirak edən Azercell bu dəfə də ənənəsinə sadiq qalıb. Şirkət fevralın25-də ADA Universitetində keçirilən “İstedadlarla karyera imkanları arasında körpü”adlı 4-cü Karyera Sərgisində iştirak edib.
İlk dəfə olaraq sərgidə Azercell Tələbə Proqramları çərçivəsində “Karyera Brendini Yarat” adlı seminar ilə tələbələr qarşısında çıxış edib. Azercell nümayəndələri seminarda tələbələrlə görüşərək onlara karyera həyatının dəyərli seçimini etməkdə - Şəxsi Brendini yaratmaqda dəstək olublar. Şirkət əməkdaşları tələbələrə müsahibəyə professional hazırlaşma,özünü effektiv təqdimetmə texnikası və üsulları,şəxsiyyətin və vahid xüsusiyyətlərinin müəyyən edilməsi,“işə qəbul mütəxəssisi sizin haqqınızda nə düşünür” və müsahibəyə dair daha ətraflı faydalı göstərişlər mövzusunda seminarlar keçiblər. Seminarda 100-ə qədər tələbə iştirak edib.
Qeyd edək ki, tədbirin təşkilində əsas məqsəd “ADA” Universitetinin tələbə və məzunlarını ölkəmizdəki iş bazarının imkanları ilə tanış etmək, gənclərin istedadını daha səmərəli təqdim etmək, inkişafda olan sənaye sahələri, dövlət və özəl sektorun insan kapitalı ehtiyacı barədə aydın təsəvvür yaratmaqdır.
Məlumat üçün bildirək ki, Azercell Telekom daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq Azercell-in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, Azercell-in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Eyni zamanda Azercell-in həyata keçirildiyi Sosial Layihələrin böyük bir qismi də təhsillə bağlıdır.
Azercell şirkəti bundan sonra da istedadlı gənclərin uğurlu karyera qurması üçün öz dəstəyini göstərməkdə davam edəcək.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,2% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.
-
- Mədəniyyət
- 1 Mart 2016 16:14
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 283
-
- Bazarların icmalı,
- 14:22
- 233
Rəy yaz