Azercell-dən minlərlə aztəminatlı ailəyə Ramazan ayında dəstək!
Şirkət Ramazan ayı boyu bölgə sakinlərinə ərzaq yardımı paylayacaq
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aztəminatlı və digər həssas kateqoriyalardan olan ailələri sevindirməkdə davam edir.
Şirkət tərəfindən korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirilən xeyirxah təşəbbüslərin davamı olaraq müqəddəs Ramazan ayının hər həftəsi Azərbaycanın bölgələrində karantin dövründə sosial təcrid şəraitində yaşayan 1000 aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılacaq.
Ümumilikdə Ramazan ayı ərzində 4000-dən çox aztəminatlı ailəyə ərzaq dəstəyinin göstərilməsi nəzərdə tutulub. Bu həftə ərzaq yardımı Cəlilabad, Hacıqabul, Füzuli, Gədəbəydə yaşayan ehtiyacı olan ailələrə ediləcək.
Ərzaq payı alacaq ailələrin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim ediləcək. Payları ölkə boyu müxtəlif ünvanlara Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC çatdıracaq.
Azercell şirkətinin təşkil etdiyi yardım aksiyalarının əsas məqsədi COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə həssas təbəqədən olan insanların sosial rifahını yaxşılaşdırmaq, dövlət tərəfindən məlum infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində keçirilən tədbirlərə dəstək vermək, həmçinin cəmiyyətdə vüsət alan sosial yardımlaşma təşəbbüslərinin genişlənməsinə nail olmaqdır.
Xatırladaq ki, Novruz bayramı münasibətilə və koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində “Azercell Telekom” MMC həssas qrup kateqoriyadan olan insanlara qayğı və dəstək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birlikdə Bakı şəhərində I qrup əlilliyə görə sosial müavinət alan ailə üzvü olan 6000-ə yaxın aztəminatlı ailəyə bayram sovqatı çatdırmışdı.®
-
- Cəmiyyət
- 30 Aprel 2020 14:45
-
- İqtisadiyyat
- 30 Aprel 2020 16:38
Cəmiyyət
-
Cinayət tərkibinin əlamətləri olmayan məişət zorakılığı barədə şikayətə baxılması qaydası müəyyənləşdirilib. Prezident İlham Əliyev bununla bağlı "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna dəyişikliyi təsdiqləyib.
-
Bu gün, yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qız sessiyası başlayır. Ötən həftə (yanvarın 21-də) bir qrup beynəlxalq insan haqları qurumları AŞPA-nı Azərbaycan nümayəndə heyətinin mandatını bərpa etməməyə, yaxud bunu "aydın" şərtlərlə etməyə çağırıb. "Azərbaycanın vətəndaş cəmiyyəti, müstəqil media və siyasi narazıların artan repressiyası Avropa Şurasının dəyərlərini pozmaqdadır. Azərbaycan beynəlxalq mexanizmlərlə israrla əməkdaşlıq etmir, sistematik insan haqları pozuntularını aradan qaldırmır", - AŞPA-ya məktubda deyilir.
-
Yanvarın 31-dək sənədlərini Səhiyyə Nazirliyinə təqdim etməyən plastik cərrahların şəhadətnamələri ləğv ediləcək. Bu barədə yanvarın 27-də Səhiyyə Nazirliyi məlumat yayıb.
-
Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gündüz yarımadanın bəzi yerlərində az çiskinli olacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 3-6, gündüz 7-11 dərəcə isti olacaq.
Rusiyaya qarşı dönən çarxlar, Milli Şuranın bu məsələdə adının hallandırılması... – Cəmil Həsənli Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:46
- 293
-
- Cəmiyyət,
- 14:38
- 344
-
- Söz istəyirəm,
- 12:21
- 373
Rəy yaz