Sabitlik yoxsa heç kimin daşımaq istəmədiyi məsuliyyət?
2.5 ayda iki önəmli cinayət- Hava qüvvələri komandanının qətli və Neft Akademiyasındakı qətliam.Ən yüksək səviyyədə verilən açıqlamaya baxın :”Başqa ölkələrdə də bu cür hadisələr baş verir; ölkədəki sabitliyi pozmaq istəyənlər buna nail ola bilməyəcəklər”
Anlamaq mümkün deyil-əksər vaxt “Başqa ölkələri öz daxili işlərinə qarışmaqda” ittiham edənlər indi hansı məntiqlə Qərbdəki universitet qətliamlarını müqayisəli təsəlli örnəyi kimi topluma təqdim edirlər? Axı Qərb ölkələrində baş verən qətliam hadisələri təhlükəsizliyə görə məsuliyyət daşıyanların vicdani mühasibəsini də toplumun mühakiməsinə təqdim edir-diqqət buyurun, oralarda baş verən hər qətliamdan sonra təhlükəsizlik üçün birinci dərəcədən məsul olan insanların bir qismi kresloları ilə vidalaşmalı olurlar.
Bəs “Dövlət məsuliyyəti və şəxsi vicdan mühasibəsi” deyilən bir məfhum ölkəmizin yaxınlığına nə vaxt gələcək? Ölkəni 10 il qorxu və dəhşət altında saxlayan Hacı Məmmədov bandasına qarşı başarılı əməliyyat ictimai vicdana müəyyən ümidlər “sunsa” da, məhkəmədə Məmmədovdan pullu şəxslərə qarşı təzyiq vasitəsi kimi istifadə edilməsi və başda daxili işlər naziri olmaqla heç bir yüksək vəzifəli şəxsin istefaya belə göndərilə bilməməsi bu istiqamətdə yana biləcək işıqları daha da qaraltdı.Bu necə dövlətdir ki, yüksək rütbəli polis məmuru 10 il fasilə vermədən 10-larla insanı qətlə yetirir, bunun üçün birinci dərəcədə məsuliyyət daşıyan nazir istefanı düşünmək yerinə TV-yə çıxıb keçmiş dövlət başçısını şantaj edir və “Hələ uzun illər bu vəzifədə işləyəcəm”-deyə bilir? 10 vətəndaşın bir araya gəlməsinin müşkül olduğu bir ölkədə Qüvvə komandanı bir generalin asanlıqla qətlə yetirilməsi necə mümkün olur? Bu necə sabitlik və təhlükəsizlik tədbirləridir ki, xüsusi şəkildə hazırlanmış tapança ilə bir qatil univeristeti qana boyaya bilir? Bunun üçün yenə də heç bir məsuliyyət daşıyan olmayacaqmı? Deyəsən,məmləkətin cinayət məcəlləsindəki maddələrin mahiyyəti də səhv-dəyişik yazılıb axı? Çünki jurnalisti “Terrorizmə dəstək verməkdə” suçlayan bir cinayət məcəlləsi generalın qətlə yetirilməsinə “Qəsdən adam öldürmək və qanunsuz silah gəzdirmək”dən cinayət işi qaldırır. Verilən məlumata görə Neft Akademiyası qətliamına da “Terror” maddəsindən cinayət işi qaldırılmayıb. Əgər belədirsə, onda məsuliyyət yenə də jurnalistlərin üzərinə düşəcək. Elə isə
“Bazarda soğanın qiymətinə də,
Bur bəhanə gərək, bir bais gərək.
Güllələyin şairləri-
Hamısına şairlər bais”
Məsuliyyəti jurnalist- yazarların,şairlərin boynuna qoyub “Sabitlik” nəğmələrinə davam....
2 may 2009
Cəmiyyət
-
Cinayət tərkibinin əlamətləri olmayan məişət zorakılığı barədə şikayətə baxılması qaydası müəyyənləşdirilib. Prezident İlham Əliyev bununla bağlı "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna dəyişikliyi təsdiqləyib.
-
Bu gün, yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qız sessiyası başlayır. Ötən həftə (yanvarın 21-də) bir qrup beynəlxalq insan haqları qurumları AŞPA-nı Azərbaycan nümayəndə heyətinin mandatını bərpa etməməyə, yaxud bunu "aydın" şərtlərlə etməyə çağırıb. "Azərbaycanın vətəndaş cəmiyyəti, müstəqil media və siyasi narazıların artan repressiyası Avropa Şurasının dəyərlərini pozmaqdadır. Azərbaycan beynəlxalq mexanizmlərlə israrla əməkdaşlıq etmir, sistematik insan haqları pozuntularını aradan qaldırmır", - AŞPA-ya məktubda deyilir.
-
Yanvarın 31-dək sənədlərini Səhiyyə Nazirliyinə təqdim etməyən plastik cərrahların şəhadətnamələri ləğv ediləcək. Bu barədə yanvarın 27-də Səhiyyə Nazirliyi məlumat yayıb.
-
Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gündüz yarımadanın bəzi yerlərində az çiskinli olacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 3-6, gündüz 7-11 dərəcə isti olacaq.
Rusiyaya qarşı dönən çarxlar, Milli Şuranın bu məsələdə adının hallandırılması... – Cəmil Həsənli Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:46
- 302
-
- Cəmiyyət,
- 14:38
- 349
-
- Söz istəyirəm,
- 12:21
- 378
Rəy yaz