Bakı və İstanbul arasında hava əlaqəsi hələlik bərpa edilməyib
Ötən gecə Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar Bakıdan İstanbula və Ankaraya reyslər təxirə salınıb, AZAL-dan bildirilib.
AZAL-dan Turan-a verilən məlumata görə, Bakı-İstanbul, İstanbul-Bakı, həmçinin Bakı-Ankara reysləri təxirə salınıb. Bilet alanlar onları pulsuz olaraq başqa vaxta dəyişdirə və ya qaytara bilər.
Reyslərin nə zaman bərpa olunacağı barədə məlumat iyulun 16-da saat 19:00-dan sonra veriləcək.
Eyni zamanda Türkiyənin kurortlarına aviareyslər ləngimədən və dəyişiklik edilmədən həyata keçirilir.
Qeyd edək ki, hər gün Bakı və İstanbul arasında AZAL və “Turkish Airline” şirkətinin 5-6 reysi həyata keçirilir.-02D-
-
- Cəmiyyət
- 16 İyul 2016 14:01
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Rəy yaz