Cəmil Həsənli siyasi mühacirin qohumunun karserə salınmasını pisləyib
Bakı/24.07.19/Turan: Hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Emin Saqiyev karserə salınıb. Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) sədri Cəmil Həsənli bildirib.
O əmindir ki, Saqiyev bacanağının - Avropadan yayımlanan müxalif "Turan.tv" telekanalının əməkdaşı Türkel Azərtürkün jurnalist fəaliyyətinə görə təzyiqə məruz qoyulur.
Həsənli siyasi mühacirətdə olan jurnalistlərin və fəalların heç bir təqsiri olmayan qohumlarını təqibə məruz qoyduğuna görə hakimiyyəti pisləyib.
Öz növbəsində, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov bildirib ki, cəza kamerasına salınma cəzası dərhal verilmir. Əvvəlcə məhbusla profilaktik söhbət aparılır, daxili nizam-intizamın pozulmasının yolverilməz olduğu izah olunur. Bunun nəticəsi olmasa cəza kamerasına salma cəzası verilir, deyə Sadıqov bildirib.
Saqiyev 2017-ci ilin noyabrında həbs edilib. Ötən ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib və 7 il müddətinə azadlıqdan məhrum edilib.
O, ittihamları təkzib edib. Hüquq müdafiəçilərinin fikrincə, Saqiyev bacanağı Türkel Azərtürkün jurnalist fəaliyyəti ilə əlaqədar saxta ittihamla təqib olunur. -05D06-
-
- Cəmiyyət
- 24 İyul 2019 11:43
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz