Çərşənbə gününədək yağıntı kəsiləcək
Bakı/29.01.19/Turan: Ötən sutkalarda Azərbaycan ərazisində hava qeyri-sabit olub, yağış yağıb, dağlarda və daqətəyi rayonlarıda qar yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatında bildirilir.
Nazirliyin məlumatına görə, Ağdərədə (Ordubad) qar örtüyünün hündürlüyü 32 sm., Şahdağda 8 sm., Kırızda 5 sm., Xınalıqda 4 sm., Sarıbaşda və Daşkəsəndə 2 sm. olub
Ən çox yağıntı Lənkəran-Astara zonasında yağıb: 2-38 mm. Mərkəzi aran zonasında 2-14 mm., Naxçıvan Muxtar Respublikasında 5-21 mm. olub.
Qərb küləyinin gücü 15-20 m/s, aradabir 25 m/s. olacaq.
Sinoptiklərin məlumatına görə, yanvarın 30-da Bakıda və Abşeronda hava əsasən yağıntısız olacaq. Lakin gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq.
Havanın temperarturu gecə 2-4, gündüz 7-9 dərəcə olacaq.
Ölkə rayonlarında da yağıntı olmayacaq. Lakin çərşənbə günü bəzi şərq rayonlarında çiskin olacaq.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.
Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.-05D06--
-
- İqtisadiyyat
- 29 Yanvar 2019 15:43
-
- Cəmiyyət
- 29 Yanvar 2019 17:05
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz