Təkbaşına aksiyanın iştirakçısına 30 sutka həbs cəzası verilib (YENİLƏNİB)
Bakı/29.01.19/Turan: Yanvarın 25-də siyasi məhbusların azadlığa buraxılması tələbilə təkbaşına etiraz aksiyası keçirdiyinə görə saxlanılan Rafael Hüseynzadənin atasına oğlu ilə görüş verilməyib. R.Hüseynzadə inzibati qaydada həbs olunanlaran saxlanma təcridxanasındadır. Bu barədə Turan agentliyinə gəncin atası Füzuli Hüseynov bildirib.
"Binəqədi təcridxanasında Rafaelə apardığım əşyaları qəbul etdilər, ancaq görüş vermədilər", - F.Hüseynov bildirib.
Onun sözlərinə görə, oğlunun kamera yoldaşı bu gün azadlığa çıxıb.
"O, mənə dedi ki, Rafael ilə bir kamerada olub. Oğluma 30 sutka veriblər. O dedi ki, oğlum fiziki təzyiqlərə məruz qalmayıb", - F.Hüseynov bildirib.
Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin saytında məlumat verilib ki, R.Hüseyzadə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsilə məsuliyyətə cəlb edilib.
Lakin ona hansı cəzanın verildiyi gstətilməyib.
Məhkəmədən əlavə məlumat almaq mümkün olmayıb.-05b06--
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz