Daha bir vəkilin fəaliyyəti dayandırılıb
Bakı/28.11.10/Turan: Vəkil Şəhla Hümbətovanın fəaliyyəti dayandırılıb. Bu barədə Turan-a Vəkillər Kollegiyasının aparat rəhbəri Fərhad Nəcəfov məlumat verib.
Onun sözlərinə görə, bu barədə qərar noyabrın 28-də qurumun Rəyasət Heyətinin iclasında Ş.Hümbətovanın vəkillik fəaliyyətində buraxdığı nöqsanlarla əlaqədar qəbul edilib.
Bundan əlavə, F.Nəcəfov bildirib ki, Ş.Hümbətova 6 aydan çoxdur ki, Vəkillər Kollegiyasına üzvlük haqqını ödəmir.
Vəkillər Kollegiyası bu əsaslarla onun fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edib.
Ş. Hümbətovadan şərh almaq mümkün olmayıb. O, hüquq-müdafiə fəaliyyətilə məşğul olması ilə tanınır. Belə ki, bir sıra siyasi məhbusu, o cümlədən tanınmış hüquq müdafiəçisi İntiqam Əliyevi müdafiə edib.
Həmçinin inzibati işlər üzrə həbs edilən fəalların hüquqlarının müdafiəsilə bağlı proseslərə çıxıb.
İndiyədək müxalifətçilərin işlərini müdafiə edən və vətəndaşların hüquqlarının pozulması ilə bağlı proseslərdə çıxış edən 10-a yaxın vəkil uydurma səbəblərlə öz səlahiyyətindən məhrum edilib.21B06-
-
- İqtisadiyyat
- 28 Noyabr 2019 14:06
-
- Siyasət
- 28 Noyabr 2019 14:16
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz