Sergey Lavrovun Bakıya səfərinə hazırlıq gedir
Bakı/28.11.19/Turan: Noyabrın 27-də Rusiya və Azərbaycanın xarici işlər nazirlərinin müavinləri Yuri Rudenko və Xələf Xələfov Moskvada məsləhətləşmələr aparıblar.
“Həmsöhbətlər ikitərəfli, regional və beynəlxalq gündəmdəki aktual məsələləri, o cümlədən qarşıdakı yüksək səviyyədə əlaqələri müzakirə ediblər", - Rusiya XİN-in məlumatında bildirilib.
Qeyri-rəsmi mənbələrə görə, tərəflər RF XİN rəhbəri Sergey Lavrovun gələn həftə Bakıya gözlənilən səfərinin detallarını müzakirə ediblər.-02D-
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz