Dələduzluq edən şirkət hələ də əməllərindən qalmır
Xırdalan şəhər sakini Malik Hüseynov mənzil tikintisi adı ilə “Fuad-LTD” şirkəti tərəfindən aldadılması ilə bağlı mətbuata müraciət ünvanlayıb.
M.Hüseynov 2006-cı ildə şirkətin Xırdalanda inşa edilən (M.Hüseynzadə küç1, ev9) binasında 121 və 122 saylı mənizlləri alıb. Bir mənizlin pulu tam, digəri isə 50% ödənilib, bununla bağlı şikrətlə şəxs arasında müavilə imzalanıb.
Binanın tikintisi 2009-cü ilə kimi davam edib, 2009-cu ildə vətndaşları aldatdıqlarına görə şirkət rəhbərliyi həbsə alınıb, istintaq başlanıb, M.Hüseynov zərərçəkən kimi dindirilib.
İstintaqdan sonra tikintinin davam etdirilməsi, zərərçəkənlərin evlərinin tikilib təhvil verilməsi “Abşeron LTD 2013” adlı firmaya həvalə edilib.
M.Hüseynov qeyd edir ki, 2006-cı ildə aldığı mənzillərin 2014-cü ilin dekabrında firma rəhbərliyi başqa şəxslərə satıb, hazırda evi alan şəxslər burada təmir aparırlar. M.Hüseynov isə hələ də kirayədə yaşamağa məcbur olduğunu nəzərə çatdırır.
Bu şirkətin dələduzluğu, mənzil tikintisi adı ilə vətəndaşların pullarını mənimsənməsi ilə bağlı aldadılan vətəndaşlar 2006-cı ildən bu yana dəfələrlə mətbuat konfransları keçiriblər. O zaman Abşeron rayon başçısı Zakir Fərəcov aldadılan vətəndşaların müəyyən hissəsinin mənzillə təımin ediləcəyi vədi verib. Amma gerçəkdə vətəndaşların mənzillə təmin edilib-edilməməsi sona qədər mətbuata açıqlanmayıb.
Ölkə mətbuatının yazdığına görə isə bütünlükdə 25-ə qədər şirkət mənzil tikintisi adı ilə vətəndaşları aldadıb. Aldadılan vətəndaşların sayının 40 min nəfərdən çox olduğu bildirilir. Fırıldaqçı şirkətlərin rəhbərlikləri həbsə alınsa da, indiyə kimi aldadılan vətəndaşların pullarının qaytarılması kimi bir hal müşahidə olunmayıb. -05D-
-
- İqtisadiyyat
- 9 Fevral 2015 13:28
-
- Cəmiyyət
- 9 Fevral 2015 13:33
Cəmiyyət
-
İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən müştəriləri üçün xüsusi olaraq 100 seriyalı nömrələrini təqdim edir. Yeni seriya çərçivəsində müştərilər “055 100 XX XX” formatında unikal nömrələr əldə edə biləcəklər.
-
Vəkil Aslan İsmayılov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ictimai müraciət edərək, ölkənin məhkəmə sistemində təcili islahatlar aparılmasını tələb edib. İsmayılov, məhkəmələrdəki sistematik korrupsiya və prosedur pozuntularının ictimai narazılığı artırdığını və bunun gələcəkdə daha geniş etirazlara səbəb ola biləcəyini xəbərdarlıq edib.
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
Rəy yaz