![DİN Milli Mətbuat Günündə reportyorların etiraz aksiyası barədə](https://turan.az/resized/media/2019/main/072200020379-750-500-resize.webp)
DİN Milli Mətbuat Günündə reportyorların etiraz aksiyası barədə
Bakı/22.07.19/Turan: DİN bu gün bir qrup foto və videoreportyorun onların işinə əngəl yaradılması ilə bağlı Baş Polis İdarəsinin və Mətbuat Şurasının binalarının qarşısında etiraz aksiyası keçirmək cəhdilə əlaqədar məlumat yayıb.
Aksiya iyulun 22-də qeyd olunan Azərbaycan Milli Mətbuat Gününə həsr olunub.
DİN aksiyanı "qanunsuz", iştirakçıların davranışını isə "ictimai diqqəti özünə yönəltmək məqsədilə mətbuat və ifadə azadlığı ilə bir araya sığmayan hərəkətlər" adlandırıb.
DİN medianın inkişafı üçün dövlət tərəfindən yaradılmış əlverişli şəraitdən sui-istifadənin və qanunvericiliyin tələblərinin pozulmasının yolverilməz olduğunu bildirib.
Aksiya iştirakçılarından biri Nərimanov Rayon Polis İdarəsinin 16-cı bölməsinə aparılıb. Fərdi söhbətdən və rəsmi xəbərdarlıqdan sonra buraxıblar, DİN-in press-relizində deyilir. -06D--
-
- İqtisadiyyat
- 22 İyul 2019 16:40
Cəmiyyət
-
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmətə ötən il ərzində 3500-dən çox müraciət daxil olub
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
Rəy yaz