�Diqlas� Ticarət Mərkəzinin sahibkarları Nazirlər Kabinetinin qarşısında aksiya keçiriblər
Bakı/13.05.19/Turan: Mayın 13-də "Diqlas" Ticarət Mərkəzinin sahibkarları Nazirlər Kabinetinin qarşısında 26 mart yanğını zamanı onlara dəymiş ziyanın ödənilməsi tələbilə aksiya keçiriblər.
Sahibkarların sözlərinə görə, artıq iki aydır onlara dəymiş ziyanın kompensasiyası ödənilmir.
"Prezident sərəncam verdi və komissiya təyin olunmalıdır, bizim iştirakımızla ziyanla bağlı akt tərtib olunmalıdır. Lakin bunu etmirlər. 10 gün əvvəl bazar nümayəndəsilə görüşümüz olub, aktı o tərtib edib. Belə olmamalıdır. Kompensasiyaların verilməsi tarixi bizə deyilmir və bu da bizi narahat edir. Hər həftə gəlirik, eyni söz deyib yola salırlar", - aksiya iştirakçılarından biri deyib.
Bir müddət sonra Nazirlər Kabinetində etirazçıları qəbul ediblər. Onlara məsləhət görüblər ki, bir qədər də gözləsinlər, çünki istintaq davam edir. Mühafizə xidməti jurnalistləri aksiya yerindən uzaqlaşdıraraq çəklişə imkan verməyib.
Martın 26-da "Diqlas" Ticarət Mərkəzində yanğın baş verib. Beşmərtəbəli bina demək olar ki, tamamən yanıb.
Martın 28-də prezident İlham Əliyev "Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar komissiyanın yaradılması haqqında, növbəti gün isə zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında sərəncam imzalayıb.-21D--
-
- Böyük Şərq
- 13 May 2019 14:21
Cəmiyyət
-
"ToplumTV işi" adlandırılan cinayət işi üzrə təqsirləndirilən şəxslərin ittihamının ağırlaşdırıldığı, istintaqın artıq yekunlaşmaq üzrə olduğu bildirilir. Həmin cinayət işinə "Toplum" İnternet Televiziyasının, Demokratik Təşəbbüslər İnstitutunun, habelə III Respublika Platforması təşəbbüsünün bəzi əməkdaş və təmsilçilərinin həbsi daxildir. Müdafiə tərəfinin məlumatina görə, onlara Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi olmadan işçilərin cəlb edilməsi), 192.3.2 ( küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (...xeyli miqdarda), 206.4 (mütəşəkkil dəstənin qaçaqmalçılığı) və 213.2.1 (Vergiləri,... ödəməkdən yayınma ) maddələri ilə yeni ittihamlar irəli sürülüb. Əvvəl "ToplumTV işi" üzrə həbs olunanlar 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirdi. Əvvəlki ittihamlarla şəxslərə 8 ilədək həbs verilə bilərdisə, indi cəza müddəti 12 ilə çata bilər.
-
Çərşənbə axşamı hava dəyişkən olacaq, yağıntı olmayacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 6+9 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib.
-
İmişli rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində iki uşaq ölüb, üçü yaralandığı bildirilir. Daxli İşlər Nazirliyinin mətbuat xidmətindən Turana bildirilib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
Xəbər lenti
-
- Siyasət,
- 00:12
- 465
Rəy yaz