USAID Azərbaycana 450 milyon dollar yardım göstərib – ABŞ səfirliyi
ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Erin Robertson Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun yanvarın 16-da Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 2024-cü il 1 iyun tarixindən Azərbaycanda fəaliyyət göstərməsinin de-yure mümkün olmaması ilə bağlı bəyanatı barədə Amerikanın Səsinin sorğusuna cavab verib.
Cavabda bildirilir ki, ABŞ Azərbaycan hökuməti ilə dialoqu davam etdirməyi səbirsizliklə gözləyir.
“USAID 1991-ci ildən Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan xalqına 450 milyon dollardan çox yardım göstərmişdir. Postsovet dövründə başlayan humanitar tərəfdaşlıq Azərbaycan hökumətinin bəyan etdiyi məqsədlərə uyğun olaraq Azərbaycan əhalisinin dəyişən ehtiyaclarını ödəməyə yönəlib. Vaxt keçdikcə USAID COVID-lə mübarizəyə dəstək vermək üçün Azərbaycan Hökuməti ilə əməkdaşlıq edib. Əməkdaşlığımız iqtisadiyyatın əsas sektorlarını, o cümlədən kənd təsərrüfatı və səhiyyəni modernləşdirməyi, kənd yaşayış yerlərində gəlir mənbələrini və dayanıqlı icmaları dəstəkləməyi, insan alverinə qarşı mübarizəni, qadınlar və qızlar üçün imkan yaratmağı və regional iqtisadi inteqrasiyanı gücləndirilməyi əhatə edib. Biz yeni əməkdaşlıq və tərəfdaşlıq sahələri üzrə razılığa gəlmək üçün Azərbaycan hökuməti ilə əlaqə saxlayırıq. Biz 30 ildən artıq davam edən tərəfdaşlığımızı təsdiqləmək üçün Azərbaycan hökuməti ilə dialoqumuzu davam etdirməyi səbirsizliklə gözləyirik”, ABŞ səfirliyinin sözçüsü Erin Robertson qeyd edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında Azərbaycan Dövlət Televiziyanın sualının cavabında bildirib ki, USAİD-in bundan sonra Azərbaycanda təmsilçiliyinin heç bir əsası yoxdur.
Bayramovun dediyinə görə, Azərbaycan 2023-cü ildə antiterror əməliyyatından sonra öz suverenliyini bərpa etdiyinə görə ABŞ tərəfindən cəzalandırılıb.
“Onların (USAID) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib. Çünki biz danışıqlar zamanı gördük ki, ABŞ Azərbaycanın maraqlarını nəzərə almır və diqtə ilə öz maraqlarından çıxış etməyə çalışır. USAİD-in Azərbaycanda mövcudluğunun və təmsilçiliyinin davam etdiyilməsinə ehtiyac yoxdur və fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib", nazir qeyd edib.
-
- Maliyyə
- 18 Yanvar 2025 21:19
Siyasət
-
Azərbaycandakı diplomatik missiyanı başa vuran ABŞ səfiri Mark Libbi yekun çıxış edib. Səfirliyin Facebook səhifəsində dərc olunan çıxışda deyilir:
-
Yanvarın 18-də prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
-
Mark Libbi ABŞ-ın Azərbaycandakı səfiri kimi diplomatik missiyasını başa vurdu. Bu barədə səfirliyin X sosial hesabında dərc edilmiş məlumatda deyilir.
-
Ötən gün Bakı Məhkəmə Kompleksində Qarabağ separatçılarının keçmiş liderlərinin işi üzrə hazırlıq iclası başlayıb.
Rəy yaz