Brüsseldə �Şərq tərəfdaşlığı� proqramının 10 illiyinə həsr olunmuş tədbirlər keçirilir
Bakı/13.05.19/Turan:Mayın 13-14-də Brüsseldə Avropa İttifaqının "Şərq tərəfdaşlığı"proqramının 10 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək.
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federiko Moqerinin sədrliyilə Aİ-nin 28 üzv ölkəsinin və "Şərq tərəfdaşlığı" ölkələrinin illik iclası keçirilir.
İclasda 2020-ci ilədək planlaşdırılan "20 nəticə" layihəsi çərçivəsində əldə olunmuş nailiyyətlər müzakirə olunacaq.
Mayın 13-də axşam Avropa Şurasının prezidenti Donald Tusk "Şərq tərəfdaşlığı" ölkələrinin hökumət və dövlət başçılarının şərəfinə qəbul təşkil edəcək.
Brüssel vaxtı ilə saat17:15-də Azərbaycan prezidenti İlham Əliyevlə D. Tuskun görüşü gözlənilir.
Mayın 14-də Avropa Komissiyasının "Charlemagne" binasında AK prezidenti Jan-Klod Yunkerin sədrliyi ilə yüksək səviyyədə konfrans keçiriləcək. Konfransda "Şərq tərəfdaşlığı" ölkələrinin dövlət və hökumət başçıları, Aİ ölkələri xarici işlər nazirləri, vətəndaş cəmiyyətinin nümayəndələri, gənclər və jurnalistlər iştirak edəcəklər.-16D-
-
- Siyasət
- 13 May 2019 14:00
Siyasət
-
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 20-də Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlib.
-
Azərbaycan vətəndaşı Fərid Səfərli İran həbsxanasından azad edilərək ölkəsinə qaytarılıb.
-
Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan “III Respublika Platforması”nın (ResPlatforma) spikeri Akif Qurbanov ailəsinə məxsus əmlaka həbs qoyulması ilə bağlı açıqlama yayıb. Açıqlama Qurbanova məxsus olduğu bildirilən facebook səhifəsində dərc edilib.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov həbs cəzası çəkdiyi 7 saylı penitensiar müəssisədə aclıq elan edib. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının məlumatında deyilir. Aclığa səbəb Əhmədovun karserə salınmasıdır.
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
Xəbər lenti
-
- Siyasət,
- 00:12
- 412
Rəy yaz