![Elina Hacıyevanın anası məhkəməni Sevinc Abbasovaya ağır cəza verməyə çağırıb](https://turan.az/resized/media/2019/main/101800022416-750-500-resize.webp)
Elina Hacıyevanın anası məhkəməni Sevinc Abbasovaya ağır cəza verməyə çağırıb
Bakı/18.10.19/Turan: Bu gün Bakının 162 saylı məktəbinin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı iş üzrə məhkəmə prosesində zərərçəkmiş tərəfin vəkillərin yekun nitqlə çıxış ediblər.
Səbail rayon məhkəməsində bugünki iclasda zərərçəkmiş tərəfin vəkilləri prokurorun təqsirləndirilən şəxs, məktəbin keçmiş direktoru Sevinc Abbasovanın 2,5 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi təklifi ilə razı olmadıqlarını bildiriblər. Vəkillər qeyd ediblər ki, məktəb direktoru yeniyetmənin kritik vəziyyətdə olmasına baxmayaraq, saat yarım ərzində "təcili yardım" çağırmayıb və başqalarının bunu etməsinə imkan verməyib.
Vəkillər həmçinin Səhiyyə Nazirliyindən mənəvi ziyana görə təzminat kimi 100 min manat və vəkil xidmətlərinə görə 8500 manat tələb edən zərərçəkmiş tərəfin mülki iddiasını dəstəkləyiblər.
Səhiyyə Nazirliyinin nümayəndəsi bu idarəyə qarşı iddianın əsassız olduğunu bildirib.
Elinanın anası Sevil Hüseynova məhkəmədən direktora onun ittiham olunduğu maddələrdə nəzərdə tutulan ən ağır cəzanı verməyi xahiş edib. Məhkəmə prosesi oktyabrın 24-də saat 11:00-da davam edəcək.
* 2019-cu il aprelin 4-də 162 nömrəli məktəbin şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. Faktla bağlı Bakı şəhər Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Sonradan məktəbin direktoru Abbasova iş üzrə məsuliyyətə cəlb edilib. Ona qarşı CM-in 143 və 314.2-ci maddələri ilə ittiham irəli sürülüb. Amma 125-ci maddə ilə heç kim məsuliyyətə cəlb edilməyib. -21B-
-
- İqtisadiyyat
- 18 Oktyabr 2019 13:42
-
- Maliyyə
- 18 Oktyabr 2019 13:58
Cəmiyyət
-
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının yenidən bərpa ediləcəyi və növbəti əfv sərəncamının imzlanacağı gözlənir. Sonuncu belə sərəncam ötən il mayın 25-də, Müstəqillik Günü (28 may) ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı. Qalanları isə, əsasən, elektron qolbaqdan azad edilib və ya belə cəzanın azaldılmasını əhatə edirdi.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 11-də ölkə ərazisində əsasən quru və soyuq hava şəraitinin müşahidə olunacağını, Bakıda və Abşeron yarımadasında isə arabir buludluluğun artacağını proqnozlaşdırıb.
-
Həmkarlar ittifaqına aid qeyri-hökumət təşkilatı olan “İşçi Masası Konfederasiyası”nın sədri Afiyəddin Məmmədov, Azərbaycanda sosial şəraitin pisləşməsi və vətəndaşların həbsi ilə bağlı etiraz əlaməti olaraq həbsxanada müddətsiz aclıq aksiyasına başlayıb, onun ailəsi cümə günü bildirib.
-
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) dərhal əraziyə qüvvələr cəlb edib, rəsmilər şənbə günü bildirib.
Что ждать Азербайджану от новой администрации США? - беседа с Лоренсом Шитсом
Xəbər lenti
-
- İqtisadiyyat,
- 12:11
- 397
Rəy yaz