Elmar Hüseynovun məzarı başında anım aksiyası
Bakı/28.02.20/Turan: Martın 2-də jurnalist Elmar Hüseynovun qətlinin 15-ci ili tamam olur. Həmin gün saat 11.00-da Bakının Yasamal qəbirstanlığında onun məzarı başında anım aksiyası keçiriləcək. Tədbirin təşkilatçısı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutudur (RATİ).
"Elmarın qətlindən 15 il ötür və bu qanlı cinayətin üstü indiyədək açılmayıb. Biz bu qorxunc cinayətin sifarişçilərinin, təşkilatçılarının və icraçılarının müəyyən edilib cəzalandırılmasını tələb etmək üçün yenidən Elmarın məzarı başında toplaşacağıq. Biz Elmarın xatirəsini yad edəcəyik və "Jurnalistlərə qarşı cinayətlərin cəzasızlığına yox!" deyəcəyik", deyə RATİ sədri Mehman Hüseynov bildirib.
* Elmar Hüseynov Azərbaycanın açıq-aydın siyasi məzmunlu və siyasi sistemi, hakimiyyətin korrupsiyasını, insan hüquqlarının pozulmasını kəskin şəkildə tənqid edən bir sıra mətbuat layihələrinin rəhbəri idi.
2005-ci il martın 2-də o, mənzilinin qapısı ağzında güllələnib. İndiyədək qətlin sifarişçiləri və icraçıları tapılmayıb. Azərbaycan hakimiyyəti cinayətkarların məlum olduğunu, Gürcüstanda yaşayan etnik azərbaycanlılar olduqlarını iddia edir, amma onların saxlanılması və Azərbaycana gətirilməsi üzrə heç bir tədbir görülməyib. -06D-
-
- Siyasət
- 28 Fevral 2020 12:37
-
- İqtisadiyyat
- 28 Fevral 2020 13:52
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz