Yaponiya səfirliyi "İmperatorun Ad Gününü" qeyd edib
Bakı/28.02.20/Turan: Fevralın 27-də Yaponiyanın Azərbaycandakı səfirliyində ölkənin milli bayramı olan Doğan Günəş - İmperator Naruhitonun ad günü münasibətilə təntənəli qəbul keçirilib. 23 fevral - imperatorun doğulduğu gün “İmperatorun Ad günü” kimi qeyd olunur.
Tədbirdə çıxış edən Yaponiya səfiri Katori Teruyuki Tokioda keçiriləcək yay Olimpiya Oyunlarına toxunub, Azərbaycanın bu Oyunlarda rekord sayda idmançı ilə çıxış edəcəyini qeyd edib.
Azərbaycan hökuməti adından çıxış edən ekologiya naziri Muxtar Babayev ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, bunun bütün sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığını bildirib. O, Azərbaycan və Yaponiyanın beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsinə töhfə verdiklərini vurğulayıb. -16D06-
Siyasət
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
Rəy yaz