Sərhəd Xidməti sərhədlərdə məhdudiyyət haqqında məlumatı təkzib edir
Bakı/28.02.20/Turan: Azərbaycan sərhədindən şəxslərin və nəqliyyat vasitələrinin keçidində məhdudiyyətlər haqqında KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil, bu barədə Dövlət Sərhəd Xidmətinin fevralın 28-də yaydığı məlumatda deyilir.
Mənbənin məlumatına görə, həmsərhəd ölkələrlə dövlət sərhədindən vətəndaşların, sərnişin avtobuslarının, fərdi və yük nəqliyyat vasitələrinin buraxılmasında hər hansı məhdudiyyətlər tətbiq edilməyib.
Eyni zamanda, dövlət sərhədindən buraxılış məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər. Koronavirusdan profilaktika üçün zəruri tədbirlər görülüb.
Qeyd edək ki, bir müddət əvvəl Gürcüstanın səhiyyə naziri Azərbaycanla sərhədin iki həftəlik bağlandığını bildirmişdi. Bu, Azərbaycandan tranzitlə İrandan gələn Gürcüstan vətəndaşında koronavirus aşkar edildikdən sonra baş verib.
İran KİV-ləri də qonşu ölkələrlə sərhədlərini bağladığını bildirib və ölkəyə yalnız İran vətəndaşlarını buraxır.
Eyni zamanda, İrandan qonşu ölkələrin vətəndaşları buraxılır.
Türkiyənin Naxçıvanla sərhədi bir neçə günlük bağlanmışdı, sərhəd fevralın 26-da açılıb. -16D-
Siyasət
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
Rəy yaz