Əsgərin ölümü ilə bağlı məhkəmə prosesi başladı
Bakı Hərbi Məhkəməsində hakim Müslüm Əliyevin sədrliyi ilə Fövqəladə Hallar Nazirliyinə aid Biləcəridəki hərbi hissədə dünyasını dəyişmiş əsgər Tapdıq Babaşovun cinayət işi üzrə proses başlayıb.
Məhkəmə başlanmazdan öncə əsgərin yaxınları əllərində mərhumun fotoları ilə günahkarların ciddi cəzalandırılmasını tələb ediblər. T.Babaşovun anası Kifayət Süleymanova oğlunun “dedovşina”nın qurbanı olduğunu bəyan edib. K.Süleymanova hərbi prokurorluğun apardığı istintaqı ədalətli saymadığını, buna görə ədaləti məhkəmədə axtardıqlarını söyləyib. “Əsgərləri öldürən canilər vətən xainləridir, onlara ömürlük cəza verilməli, dar ağacından asılmalıdırlar, o zaman anaların ürəyi bir az sakitləşər”, deyə K.Süleymanova bildirib.
Təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına həmin hərbi hissənin əsgərləri Cəmil Ağayev, Elməddin Babayev və Ruslan Cavadov çıxarılıb. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma, hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə və tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma maddələrilə ittiham irəli sürülüb. Cinayət işi materiallarına görə, onlar digər əsgərləri döyüb, təhqir edərək bu hərəkətləri ilə Tapdıq Babaşovu intihar həddinə çatdırıblar. Qeyd edək ki, hərbi hissədə 50 əsgər zərərçəkmiş qismində tanınıb. İş materiallarına görə, təqsirləndirilən şəxslər hərbi hissədə onları döyüb, təhqir edib.
Təqsirləndirilən E.Babayevin vəkili Rəhim Qurbanov iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib, bu səbəbdən məhkəmə prosesi yanvarın 11-nə kimi təxirə salınıb.
T. Babaşov 2015-ci il mayın 22-də Biləcəridəki N saylı hərbi hissədə naməlum şəraitdə dünyasını dəyişib. Cinayət işinə görə, əsgər özünü hərbi hissənin üçüncü mərtəbəsindən ataraq intihar edib. Atasını vaxtsız itirən T.Babaşov ailənin yeganə oğlan övladı idi, BDU-nun tarix fakultəsini qırmızı diplomla bitirmişdi. Ölümündən bir ay öncə, aprelin 22-də Qobustan rayon hərbi komissarlığı tərəfindən xidmətə çağırılıb. -05B-
-
- İqtisadiyyat
- 28 Dekabr 2015 17:25
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz