İlham Əliyev 210 məhbusu əvf edib, aralarında bir nəfər belə siyasi məhbus yoxdur (YENİLƏNİB)
Dövlət başçısının sərəncamı ilə Azərbaycanda 210 məhbus əvf olunub. Onlar cəzalarının qalan hissəsini çəkməkdən azad edilib. Bu barədə Prezident yanında Əvf Məsələləri Komissiyasının üzvü, deputat Azay Quliyev öz facebook səhifəsində yazıb.
Saat 18-də əvf olunanların siyahısı dərc edilib və siyahıda bir nəfər belə siyasi məhbusun adı yoxdur. Bu, hakimiyyətin beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymamasının misli görünməmiş nümunəsidir. Bir sıra hökumətyönlü mənbələrin fikrincə, bu, İlham Əliyevin ABŞ Helsinki Komissiyasının Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsi haqqında qanun layihəsinə cavabıdır.
Xatırladaq ki, hakimiyyət bir müddət əvvəl siyasi məhbusların böyük hissəsini azad etmək planını açıqlamışdı, amma Smitin qanun layihəsindən sonra hakimiyyətin mövqeyi sərtləşib.
Bu, o deməkdir ki, rəsmi Bakı Vaşinqton və bütünlükdə Qərblə münasibətləri daha da gərginləşdirmək niyyətindədir ki, bu da Azərbaycanda demokratiya və insan hüquqları üçün yaxşı heç nə vəd etmir. Eyni zamanda, bu o deməkdir ki, Qərbin təzyiqi də güclənəcək və Azərbaycan hakimiyyətini də xoşagəlməzliklər gözləyir. -02D-
-
- Cəmiyyət
- 28 Dekabr 2015 17:32
-
- İqtisadiyyat
- 28 Dekabr 2015 19:39
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz