Füzuli Hüseynov. Turan
Füzuli Hüseynov 200 manat cərimə edilib (yenilənib)
Bakı/19.06.17/Turan: Füzuli Hüseynov siyasi məhbuslara azadlıq tələbilə təkbaşına aksiya keçirdiyinə görə 200 manat cərimələnib. Bu qərarı Nəsimi Rayon Məhkəməsi Babək Pənahovun sədrliyilə qəbul edib.
Vəkil Bəhruz Bayramov Turan-a bildirib ki, məhkəmənin qərarı "tamamilə qanunsuzdur".
"Füzuli Hüseynov heç bir qanun pozuntusuna yol verməyib və dinc şəkildə öz fikrini ifadə edib. Bu, onun fundamental hüququdur. Məhkəmənin qərarından apellyasiya veriləcək", - o bildirib.
Xatırladaq ki, iyunun 19-da Füzuli Hüseynov "28 may" metro stansiyasının yaxınlığında siyasi məhbuslara azadlıq tələbilə ikinci dəfə təkbaşına aksiya keçirib. O saxlanılaraq CM-in 535.1-ci maddəsilə (polisə tabe olmamaq) ittiham olunub.-03B-
-
- Cəmiyyət
- 20 İyun 2017 14:45
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz