Kifayət Abbasova
“Gəncə işi" üzrə fiqurantın anası ölkə prezidentinə müraciət edib
Bakı/27.04.21/Turan: "Gəncə işi" üzrə fiqurant Firudin Zeynalov əsassız cinayət təqibinə etiraz olaraq aprelin 13-dən aclıq edir.
Anası Kifayət Abbasova prezident İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya müraciət edərək oğlunun vəziyyətinə görə narahatlığını ifadə edib, ölkə rəhbərlərini məhkəmə tərəfindən ədalətli qərarın qəbul edilməsinə yardımçı olmağa çağırıb.
Abbasova qeyd edib ki, onun oğlunun 2018-ci ilin iyulunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin sui-qəsdinə bağlılığı yoxdur.
Bundan öncə Zeynalov özü bildirib ki, onu "Gəncə işi" üzrə ona görə cəlb ediblər ki, 14 İyun 2018-ci il tarixində o, həbsxanadan xalqa müraciət edərək "tezliklə diktator rejimi üzərində qələbə çalmağı arzulayıb".
*3 iyul 2018-ci il tarixində Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb.
Bundan sonra iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və bu iğtişaşlar zamanı iki polis əməkdaşı qətlə yetirilib. Bunun ardınca dindarların və başqa şəxslərin kütləvi həbsləri başlayıb.
Bu hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilədək azadlıqdan məhrum ediliblər. 10-a yaxın adam şərti olaraq azad edilib. Yunis Səfərov və digər 11 nəfərin məhkəməsi 2020-ci ilin yanvarında başlayıb.—30D06-
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Rəy yaz