Hüquq müdafiəçiləri siyasi məhbuslara qarşı təzyiqə son qoymağa və onları azad etməyə çağırıblar
Bakı/24.01.19/Turan: Bloger Mehman Hüseynova qarşı yeni cinayət işinə xitam verilməsinə baxmayaraq, 150 siyasi məhbus hələ də həbsxanadadır.
Bundan başqa, Mehman Hüseynovla bağlı güzəştə getməli olan hakimiyyət bu "güzəşt"in qisasını digər siyasi məhbuslardan alır. Bu barədə Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) bəyanatında deyilir.
Belə ki, Qobustan Qapalı həbsxanasında saxlanılan Müsəlman Birliyi Hərkatının (MBH) sədri Tale Bağırzadəyə qarşı olan mənəvi, pisoloji və fiziki təzyiqlər o səviyyəyə çatıb ki, o, özünə xəsarət yetirib.
Digər MBH üzvü Abbas Hüseyn həbsxananın rəisi Aftandil Ağayev tərəfindən incidildiyinə, işgəncəyə məruz qaldığına görə onu məhkəməyə verdiyi üçün döyülə- döyülə 1 saylı Bakı İstintaq Təcridxanasına aparılıb. Döyülmə nəticəsində başı yarılıb, ağır bədən xəsarətləri alıb. 15 gündən çoxdur ki, onun ailə üzvləri və vəkili ilə görüşməsinə imkan verilmir.
16 saylı cəzaçəkmə müəssisəsində jurnalist Əfqan Muxtarlıya qarşı təxribat cəhdləri edilir.
Milli Şuranın 19 yanvar mitinqindən sonra 50-yə yaxın ictimai fəal inzibati həbslərə və cərimələrə məruz qoyulub.
AXCP fəallarının işi üzrə məhkəmədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncə halları haqqında məlum olub. Bu idarədə həbs edilənlərə qarşı dəfələrlə işgəncə faktları olmasına baxmayaraq, onun əməkdaşlarına qarşı heç bir tədbir görülmür. SMMM BMCMİ-nin fəaliyyətini yoxlamağa və təqsirkarları cəzalandırmağa çağırıb.
SMMM hakimiyyəti ifadə və toplaşmaq azadlığını təmin etməyə, müxalifətin mitinqinin iştirakçılarının polisə çağırılmasına son qoymağa çağırıb.
SMMM hakimiyyəti bütün siyasi məhbusları, o cümlədən Mehman Hüseynovu azad etməyə çağırır. -06D-
Cəmiyyət
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
Rəy yaz