Hakimiyyət Milli Şuranın 26 yanvar mitinqinə icazə vermir
Bakı/24.01.19/Turan: Bakı meriyası cümə axşamı Demokratik Qüvvələrin Milli Şurasının yanvarın 26-da mitinq keçirilməsi haqqında xahişini təmin etməyib.
Milli Şuradakı mənbələrdən Turan-a verilən məlumata görə, meriyanın imtina cavabı onunla əsasıandırılıb ki, Milli Şuranın 19 yanvar tarixli əvvəlki mitinqindən sonra və yanvarın 20-də Şəhidlər Xiyabanının ziyarəti mərasimi zamanı ictimai asayişin pozuntusuna yol verilib.
Bundan sonra paytaxtın polis rəisi Mirqafar Seyidov müxalifətin küçə aksiyalarının keçirilməsinə icazə verməmək çağırışı ilə meriyaya müraciət edib.
Xatırladaq ki, 19 yanvar mitinqindən sonra və 20 yanvar yürüşü zamanı iyirmiyə yaxın müxalifət fəalı ictimai asayişin pozulması ittihamı ilə həbs edilib.
Demokratik Qüvvələrin Milli Şurası iclas keçirmək və gələcək addımları haqqında qərar qəbul etmək niyyətindədir, deyə həmin mənbə bildirib. -16/03B-
-
- Çətin sual
- 24 Yanvar 2019 17:01
Siyasət
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
-
Ağ Evin mətbuat katibi Kerolayn Livitt (Karoline Leavitt) jurnalistlərə USAID-in fəaliyyətində nəyin Tramp Administrasiyasını qane etmədiyini açıqlayıb. O, USAID-in vəsait ayırdığı proqramları sadalayıb:
-
2024-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 39 qərar qəbul edib. Həmin qərarlardan 38-də azı bir pozuntu müəyyən edilib. Yalnız 1 qərarda pozuntu müəyyən edilməyib.
-
Fevralın 4-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan 14 ərizəçinin müraciətləri üzrə 2 qərarı açıqlayıb, bu barədə https://aihmaz.org saytında məlumat yerləşdirilib.
Rəy yaz