
Bakı/23.08.19/Turan: Cümə axşamı Dərnəgüldə inşaat materialları bazarında baş vermiş güclü yanğın 7200 kv. metrlik sahədə ticarət obyektlərini məhv edib, bu barədə FHN-in məlumatında deyilir.
Yanğın bir neçə saat sonra 34 ədəd texnika və 141 yanğınsöndürənin, habelə FHN-in Xilasetmə Xidmətinin 60 əməkdaşının səyləri ilə söndürülüb.
Bu zaman beş FHN əməkdaşı xəsarət alıb. Üç xilasediciyə yerindəcə yardım göstərilib, iki nəfər isə xəstəxanaya yerləşdirilib.
Yanğının səbəbləri açıqlanmır. Dəyən böyük ziyanı və bu ən böyük taxta bazarının işinin pozulmasını nəzərə alaraq, ekspertlər müəyyən dövr üçün taxta qiymətlərinin bahalaşacağını ehtimal edir. -02D-
Rəy yaz