Açiq mənbələrdən foto.
İrandan daha bir narkotik maddə qaçaqmalçılığının qarşısı alınıb
Bakı/31.10.22/Turan: “Biləsuvar” gömrük məntəqəsində İrandan gələn sərnişin avtobusunda içərisində narkotik maddənin olduğu gizli saxlanc yeri aşkar edilib.
Dövlət Gömrük Komitəsinin məlumatında deyilir ki, Azərbaycan vətəndaşının idarə etdiyi avtobusa baxış zamanı xidməti it avtomobilin salonunda karton qutudakı qəhvəyi rəngli vazaya reaksiya verib.
Baxış nəticəsində vazanın altındakı saxlanc yerində 1 kiloqram 750 qram heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır. Narkotik maddənin kimə məxsus olduğu açıqlanmır. 05D06
-
- Siyasət
- 31 Oktyabr 2022 17:24
Cəmiyyət
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
Rəy yaz