Проправительственный и антивоенный митинг протеста в Праге
Çexlər ekstremizmin artmasına qarşı mitinq keçirirlər və Ukraynaya dəstək ifadə edirlər
Reuters: Praqanın əsas meydanında ultrasağçı siyasi hərəkatlar, marginal qruplar və Kommunist Partiyası koalisiyasının etiraz aksiyasından iki gün sonra bazar günü həmin yerdə on minlərlə çex artan populizm və ekstremizmə qarşı etiraza qalxıb.
Çexiya, ABŞ, NATO və Ukrayna bayraqlarının dalğalandığı izdihamda çoxları cümə günü etiraz aksiyasından fərqli olaraq, Rusiya ilə müharibədə Ukraynaya dəstək ifadə ediblər. Cümə mitinqində Aİ və NATO əleyhinə çıxış edən təşkilatçılar qaz tədarükü ilə bağlı Moskva ilə birbaşa danışıqlara çağırıblar.
Bazar günü podiumdakı yazılar bunlar olub: "Çexiya qorxuya qarşıdır!" və "Biz bunun öhdəsindən gələcəyik!" “Ukraynada demokratiyanın gələcəyi təhlükə altında idi!”.
"Öz qorxunuzla üz-üzə qarşılaşmaq üçün gəldiyinizə görə təşəkkür edirəm", - qrupun təsisçiləri bir ağızdan camaata deyiblər. “Aydındır ki, adamların çoxu qorxur. Ancaq bu, hər zaman pis deyil, qorxu yaxşı xidmətçidir və bizim sağ qalmağımıza kömək edir”.
Nümayişdə həmçinin Ukraynanın birinci xanımı Yelena Zelenskanın videoçıxışı yer alıb. O, adamları diqqəti onun ölkəsində baş verənlərə yönəltməyə çağırıb.
“Rusiyanın bizi və ya bütün dünyanı qaranlığa sürükləməsinə imkan verməyəcəyik”,- o, Ukrayna dilində deyib. “Qaranlıq heç zaman qalib gəlməyəcək. Nə qədər ki adamlar müharibəyə göz yummayacaq, bizim işığımız heç vaxt sönməyəcək”.
Ukraynadakı müharibə ilə əlaqədar enerji daşıyıcılarının yüksək qiymətləri bütün Avropada hökumətləri enerji daşıyıcılarının artan qiymətlərinin istehlakçılara və müəssisələrə vurduğu zərbəni yumşaltmağa məcbur edib.
Çexiya Respublikasında baş nazir Petr Fiala hökuməti Aİ-nin Rusiyaya qarşı sanksiyalarına imza atıb və Moskvanın Ukraynaya hücumu ilə bağlı sərt mövqe tutub. O həmçinin şirkətlərə maliyyə yardımı və ev təsərrüfatları üçün elektrik enerjisinin qiymətlərinin məhdudlaşdırılması da daxil olmaqla, bir sıra tədbirlər görüb.
Siyasət
-
Ağ Evin mətbuat katibi Kerolayn Livitt (Karoline Leavitt) jurnalistlərə USAID-in fəaliyyətində nəyin Tramp Administrasiyasını qane etmədiyini açıqlayıb. O, USAID-in vəsait ayırdığı proqramları sadalayıb:
-
2024-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 39 qərar qəbul edib. Həmin qərarlardan 38-də azı bir pozuntu müəyyən edilib. Yalnız 1 qərarda pozuntu müəyyən edilməyib.
-
Fevralın 4-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan 14 ərizəçinin müraciətləri üzrə 2 qərarı açıqlayıb, bu barədə https://aihmaz.org saytında məlumat yerləşdirilib.
-
Qazaxıstanın nəqliyyat naziri Marat Karabaev fevralın 4-də keçirilən mətbuat konfransında bildirib ki, AZAL-ın təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ilkin hesabat yaxın günlərdə dərc olunacaq.
Rəy yaz