�İstək� litseylərinin şagirdlərinin valideynləri tədris müəssisəsinin idarəçiliyini öz üzərlərinə götürməyə hazırdır
Bakı/09.08.18/Turan: "Son vaxtlar Təhsil Nazirliyi valideynlərin uşaqlarının sənədlərini "İstək" litseyləridnən götürmələri və başqa məktəbə keçirmələri barədə prosesin uğurla davam etməsi barədə yanlış məlumat yayır. Bu məlumat ölkənin bir çox mətbu orqanlarında da öz əksini tapıb. İndiyə kimi heç bir valideyn övladının sənədlərini məktəbdən götürməyib". Bunu "İstək" litseylərində təhsil slan şagirdlərin valideynlərinin yaratdığı Valideyn Komitəsinin üzvü Mehriban Əliyeva bildirib.
M.Əliyeva deyir ki, valideynlər müxtəlif instansiyalara müraciət edərək məktəblərin fəaliyyətinin bərpa olunması uğrunda mübarizə aparırlar: "Bu kimi yanlış məlumatlar ancaq ictimaiyyəti çaşdırmaq xarakteri daşıyır, hazırda valideynlər məktəblərin şəxsi təşəbbüslə yaradılan hüquqi şəxsə idarəçiliyə verilməsi uğrunda mübarizə aparırlar".
M.Əliyeva bildirib ki, bu məktəblər xüsusi təhsil sisteminə malikdir, övladları ingilis dilində təhsil alıblar, onların digər məktəblərə köçürülməsini qeyri- mümkün sayırlar.
Xatırladaq ki, "İstək" litseyləri Azərbaycanda 2014-cü ildən fəaliyyət göstərir. Onlardan 4-ü Bakıda, 8-i isə bölgələrdə yerləşir. Bu il iyulun 5-də təsisçi litseylərin fəaliyyətini dayandırdığı barədə bəyanat verib, amma bunun səbəbini izah etməyib.
İyul ayının 10-da bir qrup valideyn litseylərin fəaliyyətini bərpa etməsi məqsədilə əvvəlcə litseyləri İdarə edən Baş İdarənin, sonra isə Prezident Administrasiyasıın önündə aksiya keçiriblər.
Avqustun 8-də Təhsil Nazirliyi açıqlama yayaraq iyulun 9-dan "İstək" litseyləri şagirdlərinin Bakı şəhərində akademik Zərifə Əliyeva adına litsey, bölgələrdə isə litseyin yerləşdiyi şəhər və rayonların (Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Quba, Ağdaş və Şəki) təhsil şöbələrinə yaxınlaşaraq övladlarının sənədlərini təhvil alması və övladlarını seçimlərinə əsasən digər məktəblərdə yerləşdirmələri üçün bütün lazımi şəraitin yaradılması, artıq çox sayda şagirdin valideynlərinın dövlət və özəl ümumi təhsil müəssisələrinə müraciət etməsi və müvafiq məktəblərdə yerləşdirilməsi barədə məlumat yayıb.-05D-
-
- Söz istəyirəm
- 9 Avqust 2018 17:05
-
- Çətin sual
- 9 Avqust 2018 18:11
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz