Jurnalistlər interneti kəsməmək tələb etdi
Bakı/30.10.19/Turan: Oktyabrın 30-da bir qrup jurnalist və bloger Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin qarşısında aksiya keçirməyə cəhd etdi.
Aksiya iştirakçılar Nazirlikdən kütləvi aksiyalar zamanı internetin surətini aşağı salmamaq, mobil rabitəni kəsməmək tələb etdilər. "Kütləvi informasiya vasitələrin nümayəndələri aksiyalar zamanı öz peşə fəaliyyətini yerinə yetirə bilmirlər, insanlara məlumatı çatdıra bilmirlər. Çünki kütləvi aksiyalar zamanı şəhərdə həm mobil, həm də stasionar internet kəsilir, ya da sürəti hədsiz çox azalır. Düşünürük ki, bu, Nazirliyin iştirakı ilə edilir. Ona görə, etirazımızı bildirməyə gəlmişik. Bundan sonra aksiyalar zamanı internet kəsilsə, ya da sürəti azaldılsa, biz yenə də burada aksiya edəcəyik", - deyə aksiya təşkikatçıları bildirib.
Aksiya iştirakçıları "Azad media susdurula bilməz" şuarları səsləndiriblər.
Aksiyaçılar Nazirliyin inzibati binasının qarşısında bəyanatı oxumaq cəhd ediblər, lakin hadisə yerinə cəlb edilmiş polis güvvələri buna imkan verməyib. Bəyanatı nazirliyin nümayəndəsinə çatdırmaq isə imkan yaradıldı.
Oktyabrın 19-da Bakıda keçirilən mitinq zamanı internetin kəsilməsi məsələsi ABŞ-ın bəyanatında qeyd olundu. Bəyanatda deyilirdi ki, etiraz aksiyaları zamanı internetdən istifadə imkanlarını məhdudlaşdırmaq Azərbaycanın maraqlarını qorumur əksinə Azərbaycanın imkanlarını məhdudlaşdırır.-0-
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz