Vahid Məhərrəmli cərimələnib (YENİLƏNİB)
Yasamal Rayon Məhkəməsi Vahid Məhərrəmlini İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi (xırda xuliqanlıq) ilə təqsirli bilib və 100 manat cərimələyib.
Bundan sonra onu buraxıblar.
* * *
2019 Oktyab 30 (Çərşənbə) 20:47:28
Vahid Məhərrəmli saxlanıldı
Bakı/30.10.19/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vahid Məhərrəmli saxlanılaraq Yasamal Rayon Məhkəməsinə aparılır.
Bu barədə AzadlıqRadiosuna Milli Şuranın üzvü Gültəkin Hacıbəyli məlumat verib. Onun sözlərinə görə, Məhərrəmli nədə ittiham edildiyi bilinmir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb. -0-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz