Vaşinqtonda Azərbaycanda dinc etirazlar və işgəncələrə dair diskussiyalar keçiriləcək
Vaşinqton/31.10.19/Turan: ABŞ Milli Mətbuat Klubu oktyabrın 31-də Vaşinqtonda “19 oktyabr etiraz aksiyası –işgəncələr və repressiyalar. Azərbaycanda yeni era” mövzusunda diskussiya təşkil edəcək.
Diskussiyanın mövzusu oktyabrın 19 və 20-də Bakıda iki mitinqin polis tərəfindən amansızlıqla dağıdılması nəzərə alınmaqla Azərbaycanda insan hüquqlarının hazırki vəziyyətidir.
Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-da təşkil etdiyi nümayişdə siyasi məhbusların azadlığa buraxılmasına, azad və ədalətli seçkilərin keçirilmsinə çağırılıb, artmaqda olan işsizliyə və iqtisadi ədalətsizliyə etiraz edilib.
Saxlanılanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli də olub. O, polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalıb, bir neçə saat saxlanılıb. Bir neçə fəal hələ də həbsdədir. Azad edilmiş fəallar polisdə amansızcasına döyüldüklərini bildiriblər.
Diskussiya iştirakçıları arasında Demokratik Qüvvələrin Milli Şurasının lideri Cəmil Həsənli, Amnesty International-da Avropa və Mərkəzi Asiya üzrə dikertor Daniel Balson və jurnalist Sevinc Osmanqızı da olacaq.
Tədbirin moderatoru jurnalist, Amnesty International USA Azərbaycan üzrə mütəxəssis Ələkbər Raufoğludur.-02D-
Siyasət
-
Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190 təyyarəsinin qəzaya uğramasından sonra Rusiyaya təzyiqin artırılmasına çağırıb. Zelenski bu fikri 22 yanvarda Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı səsləndirib.
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
Rəy yaz