Kommunal xidmətlərin ödənilməsi üzrə funksiyalar ASAN xidmətə verilir
Dövlət başçısının 4 may tarixli fərmanı ilə idarəetmənin optimallaşdırılması və əhaliyə xidmətin şəffaflığı məqsədilə "ASAN Kommunal" mərkəzləri yaradılır.
"ASAN Kommunal" mərkəzləri mövcud ASAN xidmətin standartları əsasında fiziki və hüquqi şəxslərə xidmət göstərəcək.
Əsasən "ASAN Kommunal" mərkəzlərində vətəndaşların telefon və ya İnternet-müraciətləri qəbul ediləcək və onlara cavab veriləcək; kommunal xidmətlər üzrə ödənişlər və banklar vasitəsilə digər ödənişlər həyata keçriiləcək
“Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB-yə tapşırılıb ki, "ASAN Kommunal" mərkəzlərində fiziki və hüquqi şəxslərə xidmət göstərilməsinin təmin edilməsi üçün tədbirlər görülsün.
Əsasən sadalanan təşkilatlar “ASAN Kommunal” mərkəzlərini lazımi işçi qüvvəsi, texniki və informasiya resursları ilə təmin etməli, öz funksiyalarının "ASAN Kommunal" mərkəzlərin müştəri xidmətlərinə ötürülməsini ("outsource") təmin etməli, bu mərkəzlərdə sözügedən xidmətlərin göstərilməsi ilə əlaqədar xərcləri maliyyələşdirməlidir.-02D-
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz