Photo TURAN.
LGBT fəalının qatili 9,5 il müddətinə azadlıqdan məhrum edildi
Bakı/29.07.22/Turan: Cümə günü Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist və LGBT fəalı Əvəz Şıxməmmədovun (Hafizli) qətli üzrə prosesibaşa çatıb.
Məhkəmə müttəhim Əmrulla Güləliyevi Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə (qəsdən adam öldürmə) təqsirli bilərək 9,5 il müddətinə azadlıqdan məhrum edib.
Bundan öncə prokuror məhkəmədən 10,5 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi xahiş etdib.
Prosesi müşahidə edən fəallar hökmü yumşaq, törədilmiş cinayətə qeyri-adekvat hesab ediblər.
Feminist və LGBT fəalı Gülnarə Mehdiyevanın sözlərinə görə, Güləliyevin əməlində ağırlaşdırıcı hallar var, lakin məhkəmə onları "yumşaldıcı" hesab edib.
"Əsasən Güləliyev qətli törətdikdən sonra polisə gedib, törətdiyi əməldən peşman olub, ilk dəfə cinayət törədib, yaşayış yeri üzrə müsbət xarakterizə olunub, eləcə də mərhumun qardaşı onu "bağışlayıb", - o, Turan-ın müxbirinə deyib.
Onun fikrincə, Hafizlinin qətli ağırlaşdırıcı hallarla törədilib. "Güləliyev özü istintaqda etiraf edib ki, Hafizlini yatarkən öldürüb. Ona görə də istintaq və məhkəmə cinayəti 120.2.9-cu maddəsinə, yəni "köməksiz vəziyyətdə şəxsin qətli"nə tövsif etməlidir. Bu maddə 14 ildən 20 ilədək azadlıqdan məhrumetməni, yaxud ömürlük həbs cəzasını nəzərdə tutur", - Mehdiyeva qeyd edib.
Bundan əlavə, fəalın fikrincə, Güləliyevin qətli nifrət zəminində törətməsini etiraf etməsi, yəni Hafizlini LGBT icmasına mənsub olmasına görə öldürməsi ağırlaşdırıcı haldır".
* Əvəz Şıxməmmədov (Hafizli) bu il fevralın 22-də qohumu Əmrullah Güləliyev tərəfindən qətlə yetirilib. Sonuncu bildirib ki, Əvəz “ailəni rüsvay edib”. O, dəfələrlə ondan qeyri-ənənəvi seksual orientasiyadan "əl çəkməyi" tələb edib, amma xeyri olmayıb.
Əvəz Hafizli reportyor idi və LGBTİ+ icması nümayəndələrinə qarşı təqiblərlə bağlı etiraz aksiyalarını işıqlandırırdı. O, açıq təhdidlərə məruz qalırdı və təqiblərdə günahlar olanların cəzalandırılması tələbilə təkbaşına aksiyalar keçirirdi.-06B-
-
- Cəmiyyət
- 29 İyul 2022 16:09
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz