Açiq mənbələrdən foto.
Xocavənddə ermənilərin atdıqları silah və döyüş sursatları aşkarlanıb
Bakı/29.07.22/Turan: Xocavənddə erməni qoşunların atdığı silah və sursatlar aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi regional qrupunun mətbuat xidməti bildirib.
Tədbir zamanı yerli polis şöbəsinin əməkdaşları üç avtomat, iki qumbaraatan, bir pulemyot, bir tapança, həmçinin 12 tank əleyhinə və 5 piyada əleyhinə mina, 30 qumbaraatan mərmisi, 2 318 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar ediblər. 06B
-
- Cəmiyyət
- 29 İyul 2022 17:35
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz