Məhkəmələr və polis Bakı Şəhər İcra Hakimiyyətinin qərarlarını fərqli təfsir edir
Bakı/23.07.19/Turan: Bakı hakimiyyəti "Qarabağ" komitəsinin işğal edilmiş ərazilərin azad edilməsi məsələsinin həllinin sürətləndirilməsi tələbi ilə Bakıda iyulun 23-nə təyin etdiyi mitinqə icazə verməyib.
Paytaxt polisinin nümayəndələri təşkilatçılara aksiyaların yolverilməz olduğu haqqında xəbərdarlıq ediblər.
"Qarabağ" Komitəsinin üzvü, "Ağ Partiya"nın rəhbəri Tural Abbaslının Turan-a verdiyi məlumata görə, aksiyanın iyulun 23-də, Ağdamın işğalının 26-cı ildönümü günü keçirilməsi planlaşdırılırdı.
Amma Bakı Şəhər İcra Hakimiyyəti növbəti dəfə aksiyanın "məqsədəuyğun olmadığını" hesab edərək, ona icazə verməyib, belə ki, ölkə rəhbərliyi özü münaqişənin nizamlanması üçün tədbirlər görür.
İyulun 22-də və 23-də Abbaslı və Xalq Partiyasının sədri Pənah Hüseyn Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb, burada onlara aksiya keçirilməsinin yolverilməz olduğu bildirilib və razılaşdırılmamış mitinq keçirmək cəhdi olarsa, onun nəticələri haqqında xəbərdarlıq edilib.
Polisdə aksiyanın meriya ilə razılaşdırılmaması ilə yanaşı, mitinqin qadağan edilməsinin xeyrinə daha bir arqumet - Bakıda "böyük beynəlxalq tədbirin" - Avropa Gənclər Olimpiya Festivalının keçirilməsini göstəriblər.
Abbaslı meriyanın və polisin əməllərini qanunsuz adlandırıb.
Paytaxt hakimiyyəti artıq dəfələrlə "Qarabağ" komitəsinin mitinqlərinə və piketlərinə icazə verməkdən imtina edib. Qurum şəhər administrasiyasını məhkəməyə verib. Amma 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi "Qarabağ" komitəsinin nümayəndələrinin iddiasını təmin etməyib, bunu İcra Hakimiyyətinin "mitinqi qadağan etməməsi", yalnız aksiya keçirməməyi "tövsiyə etməsi" ilə əsaslandırıb. Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.
Abbaslı paytaxt polisinin, məhkəmədən fərqli olaraq, meriyanın qərarını məhz aksiyanın "qadağan edilməsi" kimi təfsir edib.
Abbaslının sözlərinə görə, "Qarabağ" komitəsi bugünki iclasda gələcək addımlarını müzakirə edəcək.
"Qarabağ" komitəsi 2018-ci ilin yayında yaradılıb. Ona 10 partiya, habelə bir sıra ictimai təşkilat və xadim daxildir. -06D-
-
- Cəmiyyət
- 23 İyul 2019 11:56
-
- İqtisadiyyat
- 23 İyul 2019 12:47
Cəmiyyət
-
Vəkil Aslan İsmayılov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ictimai müraciət edərək, ölkənin məhkəmə sistemində təcili islahatlar aparılmasını tələb edib. İsmayılov, məhkəmələrdəki sistematik korrupsiya və prosedur pozuntularının ictimai narazılığı artırdığını və bunun gələcəkdə daha geniş etirazlara səbəb ola biləcəyini xəbərdarlıq edib.
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
Rəy yaz