Mehman Hüseynov altıncı sutkadır ki, aclıq edir
Bakı/31.12.18/Turan: Bloger Mehman Hüseynov altıncı gündür ki, aclığı davam etdirir. Lakin dekabrın 30-da siyasi mühacirətdə olan qardaşı, hüquq müdafiəçisi Emin Hüseynovun təkidilə səhhətinin kritk olması ilə əlaqədar quru aclığı dayandırıb.
"Dünən biz telefonla danışdıq. Quru aclığın beşinci günündə Mehmanın halı pisləşib. Mehman damarların varikoz genişlənməsindən əziyyət çəkir, bədənin susuzlaşmasından demək olar ki, ayaqları tutulub. Bundan əlavə, bayılıb və həkim çağırıblar. İynə vurublar ki, Mehman özünə gəlsin. Mənim təkidli tələblərimdən sonra o, quru aclığı dayandırdı və maye qəbul etməyə başladı. Altıncı, yeddinci günlər orqanizmdə geriyə dönməz proseslər baş verir və onun həyatını xilas etmək mümkün olmazdı. Mən onu maye qəbul etməyə və mübarizəni davam etdirməyə razı saldım. O ölməməlidir, yaşayıb öz işini davam etdirməlidir, - Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov Turan agentliyinə deyib.
O, M.Hüseynova qarşı açılmış yeni uydurma cinayət işini "görünməmiş özbaşınalıq, hüquq və ifadə azadlığının ələ salınması" adlandırıb.
"Təəssüf ki, hələlik bu repressiv akt Mehman Hüseynovun hüquqlarının pozulmasına son qoyulması ilə bağlı hakimiyyətə qarşı lazımi beynəlxalq qınaq, mühakimə və tələbi almayıb. Hələlik buna Sərhədsiz Reportyorlar, ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Arlem Dezir reaksiya veriblər. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu hesab edir ki, bayram olmasına baxmayaraq, beynəlxalq təşkilatlar və demokratik ölkələrin hökumətləri növbəti repressiya aktını operativ olaraq pisləməli və Mehman Hüseynovun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırmalıdırlar", - E.Hüseynov bildirib.
Əsasən RATİ yeni ittihamla bağlı bəyanatında öz çağırışını Avropa Şurasının baş katibi, AŞPA baş katibi, AŞ insan hüquqları komissarı, ATƏT, Avropa Komissiyası və Avropa Parlamenti strukturlarının rəhbərləri, ABŞ, Kanada və Avropa İttifaqı ölkələrinin hökumətlərinə ünvanlayıb.
* Mehman Hüseynov 2017-ci ilin martında həbs olunub və Nəsimi rayonu polis rəisinin böhtan iddiası əsasında 2 il azadlıqdan məhrum edilib.
Dekabrln 26-da ona qarşı koloniya əməkdaşını döyməsilə bağlı yeni ittiham irəli sürülüb. O, etiraz əlaməti olaraq quru aclıq elan edib.
Hüquq müdafiəçiləri hesab edirlər ki, M.Hüseynov yüksək vəzifəli şəxslər arasında korrupsiya farklarını ifşa etdiyinə, həmçinin hakimiyyəti tənqid etdiyinə görə təqib olunur.-06B---
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz